“Qala Sığorta” ASC-nin

İnkişaf Siyasəti

 

Azərbaycan sığorta bazarının inkişafına daima öz tövhəsini verən “Qala Sığorta” ASC-nin inkişaf siyasətinin əsas prioriteti məhz sığorta bazarının inkişafına yönəlmişdir. Şirkətimiz öz inkişaf siyasətini aşağıdakıları əsas götürməklə təmin edir:

  • Şəffaflıq, ədalətlilik və dürüstlük prinsipləri əsasında fəaliyyət göstərmək;
  • Qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət etmək;
  • Qanunvericilik ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə vergi və digər icbari ödənişləri ödəmək;
  • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı tədbirləri həyata keçirmək;
  • Etik normaları, biznesin aparılması qaydalarını və şirkətin reputasiyasını qorumaq;
  • Əlverişli şərtlərlə, keyfiyyətli sığorta xidmətləri və məhsulları təklif etməklə özünü etibarlı tərəfdaş kimi doğrultmaq;
  • Müştəri məmnuniyyəti təmin etmək və məmnunluğun ölçülməsi prosesini daima təkmilləşdirmək və mükəmməlləşdirmək;
  • Sığorta sirri hesab edilən məlumatların tam qorunmasını təmin etmək;
  • Şirkətin maliyyə göstəricilərini daima yaxşılaşdırmaq, gəlir və xərclərə nəzarət etmək və vəsaitlərdən səmərəli istifadəni təmin etmək;
  • Ehtiyat fondu formalaşdırmaq;
  • Maliyyə hesabatlarının AR qanunvericiliyinə və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğunu təmin etmək;
  • İşçilərin karyera inkişafına şərait yaratmaq, onların əmək təhlükəsizliyini təmin etmək, işçilərin bilik və bacarıqlarının artırılması məqsədi ilə mütəmadi olaraq təlim və treninqlər təşkil etmək;
  • Fəaliyyətində müasir texnologiyaların və yeniliklərin tətbiq edilməsi üçün daima öz üzərində çalışmaq.

 

“Qala Sığorta” ASC-nin

Dividend Siyasəti

 

Dividend Siyasəti dividendlərin ödənilməsi qərarının qəbul olunma qaydasını, dividendlərin miqdarının hesablanma qaydasını və onların verilməsi barədə qaydalarını təyin edir, maraqlı olan digər şəxsləri məlumatlandırmaq məqsədi daşıyır.

Dividend siyasətin məqsədləri:

  • Şirkətin maliyyə vəziyyəti, hesabat dövrünə fəaliyyətin nəticələri barədə məlumatın maliyyə hesabatlarının istifadəçilərinə, rəhbərliyə, təsisçilərə, habelə xarici istifadəçilərə - investorlara, kreditorlara, nəzarətedici və dövlət orqanlarına təqdim edilməsi;
  • Dividend uçotunun aparmasının əsas prinsiplərinin müəyyən edilməsi;
  • Dividend uçotunun idarə edilməsi çərçivəsində səlahiyyətlərin müəyyən edən qaydaların tərtib edilməsi;
  • Dividend uçotunun idarə etməsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin icra və riayət olmasının təmin edilməsi.

Dividend siyasəti aşağıdakı prinsiplərə əsaslanır:

  • şəffaflıq – dividend siyasətinin reallaşdırılmasında, o cümlədən, dividendlərin miqdarı və ödənilməsi qərarının qəbulunda iştirak edən tərəflərin məsuliyyəti və öhdəlikləri haqqında məlumatın aydınlaşdırılması və təyin edilməsi;
  • vaxtlı vaxtında – dividend ödənişinin həyata keçirilməsində müvəqqəti hədlərin müəyyən olunması;
  • əsaslanma –inkişaf siyasəti və investisiya proqramının nəzərə alınması şərti ilə, dividendlərin miqdarı və ödənilməsi haqqında qərarın yalnız şirkətin müsbət maliyyə nəticələri əldə edəcəyi halda qəbulunu müəyyən edir;
  • ədalətlilik – dividendlərin verilməsi, məbləği və verilmə qaydaları haqda məlumatın alınması üçün bütün səhmdarların bərabər hüquqla təmin edilməsi;
  • ardıcıllıq – dividend siyasətinin prosedur və prinsiplərinin mütləq qaydada icrası;
  • sabitlik – sabit dividend ödənişləri etmək təşəbbüsü.

Dividend ödənişləri etmək qərarının verilməsi qaydaları.

  • Dividend ödənişləri, həmçinin dividendlərin məbləği və ödəniş metodu haqda qərar Səhmdarların Ümumi Yığıncağında qəbul olunur.
  • Bütün kateqoriyalı (tipli) səhmlər üzrə dividendlərin verilməsi haqda qərarın qəbul edilməsi şirkətin hüququdur.
  • Dividendlərin ödənilməsi haqda qərarın qəbul edilməsi və dividendlərin verilmə prosesi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsaslanır.