Media

19.07.2023
Qala Sığorta artıq Naxçıvanda!
Sığorta bazarında ən geniş xidmət şəbəkəsinə malik olan Qala Sığorta Şirkəti növbəti uğuruna Naxçıvanda imza atdı.

Belə ki, şirkət Naxçıvan şəhərində nümayəndəlik açaraq, 10-dan çox yerli sakini işlə təmin etdi. Açılışda şirkətin geniş rəhbər heyəti və Naxçıvan MR-in yüksək rütbəli dövlət rəsmiləri iştirak edib.

Açılışdan qabaq Qala Sığorta Şirkətinin rəhbər şəxsləri Naxçıvan şəhərində yerləşən Ulu Öndər Heydər Əliyevin xatirə muzeyini ziyarət edərək dahi liderin abidəsi önünə gül dəstələri qoyublar.



Bütün xəbərlər