Korporativ idarəetmə


Korporativ idarəetmə - səhmdar cəmiyyətin idarə edilməsi ilə bağlı səhmdarlar, Müşahidə Şurası (Direktorlar Şurası), icra orqanı, struktur bölmələri və maraqlı tərəflər arasında yaranan ictimai münasibətlər və onları tənzimləyən normalar sistemidir. korporativ idarəetmənin əhəmiyyəti Korporativ idarəetmənin əhəmiyyəti sahibkarların (səhmdarların,iştirakçıların) hüquqlarının qorunması daha çox investisiya qoyuluşu risklərin effektiv idarə olunması etibarlı hesabatlılıq sistemi

Korporativ İdarəetmənin əhəmiyyəti:
  • Sahibkarların (səhmdarların,iştirakçıların) hüquqlarının qorunması
  • Daha çox investisiya qoyuluşu
  • Risklərin effektiv idarə olunması
  • Etibarlı hesabatlılıq sistemi
Korporativ idarəetmə modelləri:
  • Avropa modeli
  • İngilis-amerikan modeli
  • Yapon modeli

Müasir dünya iqtisadiyyatında korporativ idarəetmənin iki modelindən daha çox isitifadə olunur:
  • İngilis-amerikan modeli
  • Avropa modeli (alman)
İngilis-amerikan modelində şirkətin fəaliyyəti vahidlik prinsipləri əsas götürülərək qurulur.Bu prinsipin əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, şirkətlərdə funksiol idarəetməni ,sərəncamverici və nəzarət funksiyalarını vahid bir orqan - Direktorlar Şurası həyata keçirir.

Modelin iki pilləli idarəetmə funksiyaları mövcuddur:

a. Ümumi Yığıncaq.

b. Direktorlar Şurası. Direktorlar Şurası isə özündə iki orqanı birləşdirir. Belə ki, təşkilati-sərəncamverici funksiyanı icra orqanı (icraçı direktorlar), nəzarət funksiyasını isə müstəqil direktorlar həyata keçirir.

Avropa modeli İsə ikililik prinsipinə əsaslanır. Yəni, təşkilati-sərəncamverici və nəzarət funksiyalarını ayrı-ayrı orqanlar həyata keçirir. Bu model isə özlüyündə iki varianta ayrılır: Alman variantı və Fransız variantı.

Fransız variantına gəldikdə isə onun özü iki növdə təşəkkül tapıb: 1) Klassik rəhbərlik növü. Bu növdə iki pilləli idarəetmə mövcuddur: a) Ümumi Yığıncaq və b) İnzibati Şura. İnzibati Şura təşkilati-sərəncamverici funksiyanı həyata keçirən Prezidentdən və nəzarət funksiyasını həyata keçirən müstəqil direktordan ibarətdir.

Alman variantında 3 pilləli idarəetmə sistemi mövcuddur: a) Ümumi Yığıncaq; b) Müşahidə Şurası-nəzarət funksiyasını həyata keçirən orqan; c) İcra orqanı- təşkilati-sərəncamverici funksiyanı həyata keçirən orqan. Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq şirkətlərdə korporativ idarəetmənin Avropa modelinin Alman variantından istifadə edilir.

“Qala Sığorta” ASC-nin korporativ idarəetmə mexanizmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri və beynəlxalq korporativ idarəetmə təcrübəsi nəzərə alınmaqla qurulmuşdur:

  • Ali idarəetmə orqanı olan Səhmdarların Ümumi Yığıncağı
  • Ümumi rəhbərliyi və sığortaçının fəaliyyəti üzərində nəzarəti həyata keçirən Direktorlar Şurası
  • İcra orqanı olan İdarə Heyəti
  • Sığortaçının maliyyə təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirən Təftiş Komissiyası
  • Keyfiyyət Qrupu