KASKO sığortası

Bu tarif cədvəli ilk dəfə sığortalanan avtomobillər üçün tətbiq edilir. Yenilənən müqavilələr üçün tətbiq edilə bilməz.

Bu tarif cədvəli yalnız ban növü sedan, universal və xetçbek olan avtomobillər üçün istifadə oluna bilər.

Yaşı 22-dən və/və ya sürücülük təcrübəsi 1 ildən az olan sürücülər üçün 1 000 AZN məbləği həcmində əlavə şərtsiz azadolma tətbiq olunacaq.

Minimal sığorta haqqı: 300 AZN

Tarif cədvəllərinin şərtləri əsasında verilən sığorta təminatı yalnız Azərbaycan Respublikasının ərazisini əhatə edir.

Aşağıda göstərilən nəqliyyat vasitələrinin sığortalanması üçün mütləq anderrayterlərə müraciət edilməlidir:

  • Ban növü kupe, kabriolet olan avtomobillər
  • “Sportkar” sinifinə aid olan avtomobillər
  • Elektrokar tipli avtomobillər
  • İstənilən ekzotik, müstəsna olaraq istehsal olunmuş və Azərbaycanda rəsmi servis və satış mərkəzi olmayan avtomobillər
  • Qeyri-ənənəvi rəng örtüyünə malik avtomobillər (tutqun rəng, buqələmun və şəkilli rənglər və s.)
  • Silinderlərin sayı 10-dan çox olan avtomobillər
  • Tüninq olunmuş istənilən avtomobil
  • Sığorta dəyəri/sığorta məbləği 200 000 AZN məbləğini aşan nəqliyyat vasitələri

  • Həmçinin aşağıdakı marka və modellər:

    • BMW – M seriyası, Hamann tüninqi
    • Mercedes Benz – Brabus, Hamann tüninqi
    • Rolls Royce, Aston Martin, Jaguar, Pontiac, Citroen, Bentley, Maserati, Smart, Alfa Romeo, Saab, Abarth

    Qeyd: Yaşı 22-dən və/və ya sürücülük təcrübəsi 1 ildən az olan, sığortalı və ya sığorta olunan qismində çıxış edən şəxslərə məxsus nəqliyyat vasitələri bu tarif cədvəlinə əsasən sığortalana bilməz.

    *
    *
    *
    *