' Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası / Fərdi sığorta məhsulları / Məhsullarımızla tanış olun - Qala Sığorta

Gürcüstana səyahətə hazırlaşırsınız?
O zaman Qala Sığorta ilə səyahət sığortasını onlayn alın və rahat olun!

Diqqət! 1 yanvar 2026-dan Gürcüstana daxil olan bütün xarici vətəndaşlar (turist, biznes, tranzit) ölkədə qaldıqları bütün müddət ərzində mütləq tibbi və qəza sığortasına malik olmalıdır. Minimum təminat: 30 000 GEL (təxminən 11 000 USD).

Daha ətraflı →
Sığorta al

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

Əlavə məlumat almaq üçün *4000 qısa nömrəsi
ilə əlaqə saxlaya bilərsiniz.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 4-cü fəslində nəzərdə tutulmuşdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir:

Minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

Mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

Motosiklеtlər və motorollerlər;

Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri;

Trollеybuslar və tramvaylar.