'
Diqqət! 1 yanvar 2026-dan Gürcüstana daxil olan bütün xarici vətəndaşlar (turist, biznes, tranzit) ölkədə qaldıqları bütün müddət ərzində mütləq tibbi və qəza sığortasına malik olmalıdır. Minimum təminat: 30 000 GEL (təxminən 11 000 USD).
Daha ətraflı →Səfər sığortası aşağıdakı risklər üzrə təminat verir:
- Tibbi xərclər (Covid-19 daxil olmaqla)
- Tibbi daşınma xərcləri
- Ölümdən sonrakı repatriasiya xərcləri
- Bədbəxt hadisə nəticəsində ölüm, bir və ya daha çox ətrafın, yaxud bir və ya hər iki gözün itirilməsi, əmək qabiliyyətinin daimi olaraq tam itirilməsi
- Stomatoloji müalicə üzrə xərclər
- Baqajın oğurlanması, itməsi, zədələnməsi və ya məhv olması
- Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi üzrə təminat
- Hava nəqliyyatı vasitəsinin reysinə gecikmə üzrə təminat
- Xarici pasportun, sürücülük vəsiqəsinin və yol sənədlərinin itirilməsi və oğurlanması
Sığorta məbləği (təminat limiti) seçdiyiniz variantdan asılı olaraq müəyyən edilir. Səfər sığortası üç variantda təqdim olunur, limitlər USD və ya EUR ilə ifadə olunur.
- Tibbi xərclər (Covid-19 daxil olmaqla): 15.000 / 30.000 / 50.000
- Tibbi daşınma xərcləri: 5.000 / 7.500 / 10.000
- Ölümdən sonrakı repatriasiya xərcləri: 5.000 / 7.500 / 10.000
- Bədbəxt hadisə nəticəsində ölüm və ya əmək qabiliyyətinin daimi tam itirilməsi: 5.000 / 5.000 / 5.000
- Stomatoloji müalicə xərcləri: 200 / 350 / 500
- Baqaj, reys ləngiməsi, reysə gecikmə və səyahət sənədlərinin itirilməsi: hər biri üzrə 500
Limitlər Variant 1 / Variant 2 / Variant 3 sırası ilə göstərilib.
Səfər sığortası üzrə sığorta haqqı bir neçə amildən asılı olaraq hesablanır:
- Səfərin istiqaməti (ölkə və ya region)
- Səfərin müddəti
- Sığortalının yaşı
- Seçilmiş təminat variantı və sığorta məbləği
- Sığortalanan şəxslərin sayı
Sığorta haqqını onlayn kalkulyator vasitəsilə və ya müraciət edərək öyrənə bilərsiniz. Haqq səfərə çıxmazdan əvvəl, sığorta polisi rəsmiləşdirilərkən ödənilir.
Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
- Səfər sığortası şəhadətnaməsi üzrə təminat proqramına daxil olmayan hallarda;
- Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən və tibbi xərclərin sığortası (Səfər sığortası) Sığorta Qaydalarının 5-ci və 8-ci maddələrində göstərilən hallar müşahidə edildikdə;
- Sığorta hadisəsinin baş verməsi barədə Sığortaçıya məlumat verilmədikdə;
- Sığortalının səhhəti və ya ona tibbi və digər xidmətlərin göstərilməsi barədə qəsdən yalan məlumat daxil edilmiş sənədlər Sığortaçıya təqdim edildikdə;
- Sığorta olunanın qəsdən və ya kobud ehtiyatsızlıq nəticəsində sığorta hadisəsi üzrə Sığortaçı tərəfindən ödəniləcək zərər və xərclərin artmasına yol verməsi və ya bu zərər və xərclərin azalması üçün ağlabatan tədbirləri görməməsi;
- Baş vermiş hadisənin Səfər sığortası qaydaları əsasında bağlanmış sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
- Sığorta qanunvericiliyində və ya sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda;
- Sığorta müqaviləsi üzrə tətbiq edilən və Sığortalının öhdəliyi olan 30 ABŞ dolları / 30 EUR məbləğində şərtsiz azadolma məbləği üzrə.