' Yük sığortası Yük sığortası / İslam Sığortası / Məhsullarımızla tanış olun - Qala Sığorta

Gürcüstana səyahətə hazırlaşırsınız?
O zaman Qala Sığorta ilə səyahət sığortasını onlayn alın və rahat olun!

Diqqət! 1 yanvar 2026-dan Gürcüstana daxil olan bütün xarici vətəndaşlar (turist, biznes, tranzit) ölkədə qaldıqları bütün müddət ərzində mütləq tibbi və qəza sığortasına malik olmalıdır. Minimum təminat: 30 000 GEL (təxminən 11 000 USD).

Daha ətraflı →

Yük sığortası - Yükləriniz təminat altında!

Təkaful Yük Sığortası daşınan yüklərin nəqliyyat zamanı yarana biləcək risklərdən qarşılıqlı yardımlaşma və məsuliyyət paylaşımı prinsipləri əsasında qorunmasını təmin edir. Bu məhsul İslam maliyyə prinsiplərinə uyğun şəkildə formalaşdırılmışdır və iştirakçılar arasında həmrəylik modelinə əsaslanır. İstər daxili, istərsə də beynəlxalq daşımalar zamanı mallarınızın təhlükəsizliyi üçün etibarlı təkaful həlli təqdim edirik.

Sığorta təminatı

Sığorta təminatı müştərilərin istəklərindən asılı olaraq dəyişə bilər. Şirkətimiz təminatı “bütün risklərdən” prinsipi ilə təqdim edir, o cümlədən:

·       Oğurluq, soyğunçuluq, qulduqluq

·       Üçüncü şəxslər tərəfindən yükün qəsdən və bilməyərəkdən zədələnməsi

·       Daşıma vasitəsi ilə birlikdə yükün itkin düşməsi

·       Yanğın, partlayış

·       Yol-nəqliyyat hadisəsi

·       Qəza, aşma, toqquşma

·       Təbii və digər fəlakətlər

·       Müqavilə şərtləri ilə istisna olunmayan digər hallar