' Avtomobil sığortası Avtomobil sığortası / İslam Sığortası / Məhsullarımızla tanış olun - Qala Sığorta

Gürcüstana səyahətə hazırlaşırsınız?
O zaman Qala Sığorta ilə səyahət sığortasını onlayn alın və rahat olun!

Diqqət! 1 yanvar 2026-dan Gürcüstana daxil olan bütün xarici vətəndaşlar (turist, biznes, tranzit) ölkədə qaldıqları bütün müddət ərzində mütləq tibbi və qəza sığortasına malik olmalıdır. Minimum təminat: 30 000 GEL (təxminən 11 000 USD).

Daha ətraflı →

Avtomobiliniz üçün İslam Maliyyə Prinsiplərinə uyğun Sığorta

Təkaful Kasko Sığortası avtomobil sahibləri üçün İslam maliyyə prinsiplərinə uyğun şəkildə hazırlanmış qarşılıqlı yardımlaşma və risk paylaşımı əsaslı sığorta həllidir. Bu model iştirakçıların birgə formalaşdırdığı fond vasitəsilə mümkün risk və zərərlərin qarşılanmasına xidmət edir.

Sığorta riskləri

 

  • Yol-nəqliyyat hadisələri

  • Toqquşma və aşma halları

  • Yanğın və partlayış

  • Oğurluq və qaçırılma

  • Üçüncü şəxslərin qanunsuz hərəkətləri

  • Əlavə razılaşdırılmış risklər

 

Sığorta olunan nəqliyyat vasitələri:

Minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

Mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri;

Motosiklеtlər və motorollerlər;

Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri;

Trollеybuslar və tramvaylar.