'
Diqqət! 1 yanvar 2026-dan Gürcüstana daxil olan bütün xarici vətəndaşlar (turist, biznes, tranzit) ölkədə qaldıqları bütün müddət ərzində mütləq tibbi və qəza sığortasına malik olmalıdır. Minimum təminat: 30 000 GEL (təxminən 11 000 USD).
Daha ətraflı →Kredit şəklində götürülmüş pul vəsaitlərindən istifadə edilərkən, girov qoyulmuş əmlakın qorunmasının zərurəti yaranır. İpoteka predmeti olan əmlakın sığortası əmlakın hər hansı risklər nəticəsində zədələnməsi, məhv olması kimi hallardan qoruyur. Bu da həm müştərinin həm də kredit təşkilatının əmlak mənafelərini qorumağa imkan verir.
Yanğın, ildırım, partlayış, fırtına, dolu, daşqın, uçaq və digər hava nəqliyyatı və onlardan düşən hissələr, suyun hər hansı çəndən və ya borudan axması, heyvan və ya yol nəqliyyat vasitəsi tərəfindən vurulan zərbə, güclə və zorla mülkə giriş və mülkdən çıxışdan istifadə olmaqla oğurluq və ya oğurluq cəhdi, üçüncü şəxslərin qərəzli hərəkətləri, zəlzələ və onun nəticəsində irəli gələn yanğın və / və ya partlayış və digər risklər.