' Daşınmaz əmlak sığortası Daşınmaz əmlak sığortası / Korporativ sığorta məhsulları / Məhsullarımızla tanış olun - Qala Sığorta

Gürcüstana səyahətə hazırlaşırsınız?
O zaman Qala Sığorta ilə səyahət sığortasını onlayn alın və rahat olun!

Diqqət! 1 yanvar 2026-dan Gürcüstana daxil olan bütün xarici vətəndaşlar (turist, biznes, tranzit) ölkədə qaldıqları bütün müddət ərzində mütləq tibbi və qəza sığortasına malik olmalıdır. Minimum təminat: 30 000 GEL (təxminən 11 000 USD).

Daha ətraflı →

Əmlakınız üçün etibarlı və İslam Maliyyə Prinsiplərinə uyğun sığorta

Təkaful əsaslı daşınmaz əmlakın könüllü sığortası yaşayış və qeyri-yaşayış obyektlərinin müxtəlif risklərdən qorunmasını təmin edən, qarşılıqlı yardımlaşma və risk paylaşımı prinsiplərinə əsaslanan müasir sığorta həllidir. Bu məhsul İslam maliyyəsinin fundamental prinsiplərinə uyğun şəkildə formalaşdırılmış və iştirakçıların birgə dəstəyi əsasında fəaliyyət göstərən təkaful modeli üzərində qurulmuşdur.

Sığorta riskləri

·       Yanğın və ya ildırım vurması;

·       Partlayış, zəlzələ, tufan, qasırğa, daşqın, sel basması;

·       Yol nəqliyyat vasitələrinin dəyməsi;

·       Sındırmaqla oğurluq və ya oğurluğa cəhd;

·       Yer sürüşməsi, torpaq çökməsi və ya qalxması;

·       Şüşə sınması nəticəsində dəyən ziyan.

 

Sığorta məbləği

Sığorta məbləği sığorta müqaviləsinə uyğun olaraq sığorta obyektinin sığortalandığı, Sığortaçının öhdəliklərinin son (maksimal) həddi olan və əsasında sığorta haqqı hesablanmalı olan məbləğdir.

Sığorta məbləği sığorta müqaviləsi bağlanan zaman sığorta olunacaq əmlakın mövcud olan bazar qiymətini əsas götürərək tam dəyəri (sığorta dəyəri) məbləğində müəyyən edilir.

Sığorta məbləği sığortalanmış əmlakın sığorta dəyərindən artıq ola bilməz və Sığortaçı sığorta məbləğinin sığorta dəyərindən artıq olan hissəsi üzrə heç bir məsuliyyət daşımır və ödəniş həyata keçirmir.

 

Sığorta haqqı

Sığorta haqqı risklərin bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Sığorta haqqı Sığortalı tərəfindən təqdim edilmiş məlumat əsasında Sığortaçı tərəfindən hesablanır.

Sığorta haqqı birdəfəlik və ya tərəflərin razılaşmasına əsasən hissə-hissə, sığorta müqaviləsinə qəbul edilmiş Əlavədə qeyd olunan ödənişlər cədvəlinə müvafiq olaraq ödənilə bilər.

 

Sığorta təminatından istisnalar

·       Yeraltı suların səviyyəsinin dəyişməsi nəticəsində sığortalanmış əmlakın məhv olması və ya zədələnməsi;

·       Dolayı itki, o cümlədən zəhmət haqqının itirilməsi və/və ya ləngitmə nəticəsində baş vermiş mənfəətin itirilməsi, bazarın itirilməsi və hər hansı digər dolayı itki və zərərlər;

·       Valyuta mübadiləsi kursunun fərqi;

·       Sığortalının və ya Faydalanan şəxsin kobud ehtiyyatsızlığı və ya qərəzli hərəkətləri nəticəsində baş vermiş hadisələr.