'
Diqqət! 1 yanvar 2026-dan Gürcüstana daxil olan bütün xarici vətəndaşlar (turist, biznes, tranzit) ölkədə qaldıqları bütün müddət ərzində mütləq tibbi və qəza sığortasına malik olmalıdır. Minimum təminat: 30 000 GEL (təxminən 11 000 USD).
Daha ətraflı →Təkaful nədir?
Təkaful qarşılıqlı yardımlaşma və həmrəylik prinsiplərinə əsaslanan, İslam maliyyəsinə uyğun sığorta modelidir. O, ənənəvi sığortanı əvəz etmir, onu tamamlayır və İslam maliyyəsinə uyğun həll axtaran müştərilər üçün əlavə seçimdir.
Necə işləyir?
İştirakçıların ödədiyi sığorta haqqının bir hissəsi idarəetmə haqqıdır, qalan hissəsi Müştərək Sığorta Fonduna yönəldilir. Sığorta hadisəsi baş verdikdə ödənişlər bu fondun vəsaiti hesabına edilir. Beləliklə, iştirakçılar riskləri birlikdə bölüşür.
Fondda qalan vəsait kimə məxsusdur?
Fondun qalığı sığortalılara məxsusdur. İlin yekununda qalan vəsait müqavilə şərtlərinə uyğun olaraq sığortalılar arasında, ödədikləri sığorta haqqına mütənasib bölüşdürülür. Hər sığortalının payı onun fərdi hesabına yazılır və sığortalı həmin vəsait hesabına növbəti dövr üçün sığorta məhsulları ala bilir.
Niyə Qala Sığorta ilə?
• Sığorta təminatını Qala Sığorta verir.
• Fondun vəsaiti kifayət etmədikdə sığorta ödənişini Qala Sığorta öz vəsaiti hesabına edir.
• Fondun vəsaiti yalnız İslam maliyyəsi şərtlərinə uyğun maliyyə alətlərində saxlanılır, əldə olunan gəlirin əsas hissəsi fonda qayıdır.
• Risklər peşəkar şəkildə qiymətləndirilir, proses şəffafdır.
Tərəfdaşımız
Tərəfdaşımız təkaful üzrə Mərkəzi Bankın lisenziyasına malik sığorta və təkrarsığorta brokeri Saf Təkafuldur. Məhsulun İslam maliyyəsinə uyğunluğuna broker və müstəqil şura nəzarət edir. Broker hər sığortalıya şəxsi kabinet təqdim edir: orada fond barədə məlumatı və fərdi hesabınızdakı vəsaiti görə bilərsiniz.