Gürcüstana səyahətə hazırlaşırsınız?
O zaman Qala Sığorta ilə səyahət sığortasını onlayn alın və rahat olun!

Diqqət! 1 yanvar 2026-dan Gürcüstana daxil olan bütün xarici vətəndaşlar (turist, biznes, tranzit) ölkədə qaldıqları bütün müddət ərzində mütləq tibbi və qəza sığortasına malik olmalıdır. Minimum təminat: 30 000 GEL (təxminən 11 000 USD).

Daha ətraflı →

Qala Sığortanın maliyyə dəstəyilə növbəti layihə, “InnoCamp - ASAN Könüllülərinin İnnovasiya düşərgəsi” təşkil olunmuşdur.

2024-07-13

Düşərgənin məqsədi, rəqəmsal dövrün peşələrinə marağı olan gənclərin inkişafına töhfə verməkdir.

Qala Sığorta Şirkətinin nümayəndəsinin də münsiflər heyətində təmsil olunduğu tədbir maraqlı anlarla yadda qalıb. 11-13 iyul tarixlərində Lənkəran şəhərində təşkil olunan tədbir cəmiyyətin korporativ sosial proqramına daxil olan, “ASAN Könüllülər Təşkilatı” ilə anlaşma çərçivəsində 2-ci layihəsidir.