Tariximiz

2024
  • Şirkətin nizamnamə kapitalı 1 730 341 manat artırılaraq 10 017 788 manata çatdırılmışdır.
2023
  • 24 dekabr 2023-cü ildə fəaliyyətimizin 25 illiyi qeyd olundu.
  • 09 yanvar 2023 - cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı Qala Sığorta şirkətinə təkrarsığorta fəaliyyəti göstərmək üçün lisenziya vermişdir.
  • Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. SİMA vasitəsilə “Qala Sığorta” şirkətinin növbəti məhsulu daha əlçatan oldu. Bundan sonra müştərilər “Qala Sığorta”nın veb-saytındakı şəxsi kabinetlərinə rəqəmsal imza ilə daxil olaraq İpoteka kreditləşməsi üzrə əldə olunan yaşayış sahələrinə aid (mənzillər, fərdi yaşayış evləri və s.) sığorta müqavilələrinin imzalanmasını həyata keçirə biləcəklər.
  • Qala Sığorta və @push30.az “Sağlam Həyat” adlı yeni tibbi sığorta proqramı layihəsinə start verdi. Qala Sığortadan “Sağlam Həyat”sığorta məhsulunu əldə edən şirkətlərin işçiləri 10 000 manatlıq təminatla tibbi sığorta xidmətləri ilə yanaşı Push30-dan 1 illik idman xidmətlərindən də yararlanacaqlar.
  • Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə dəstək məqsədilə Qala Sığorta və Qala Həyat Sığorta şirkətləri ümumilikdə 30 min manat məbləğində ianə köçürtdü.
  • Qala Sığorta İSO Beynəlxalq Standartlaşdırma Sistemi çərçivəsində İSO 9001:2015 və İSO 10002:2018 standartları üzrə sertifikatlara sahib oldu.
  • Qala Sığorta, şirkət Naxçıvan şəhərində nümayəndəlik açaraq, 10-dan çox yerli sakini işlə təmin etdi.
2022
  • 2022- ci ildə cəmiyyətin xidmət şəbəkəsi daha genişləndi və Kürdəmirdə Aran nümayəndəliyi, Biləsuvarda isə Muğan nümayəndəliyi açıldı.
  • Şirkət İSO beynəlxalq standartları -9001 (keyfiyyətin idarəolunması standartı) və 10002 (Müştəri Məmnuniyyəti İdarəetmə standartı) üzrə sertifikatlaşdırma təşkilatına mürəciət edərək, ilkin audit yoxlaması keçirtdi.
  • Cəmiyyətin işçilərinin sayı 159 nəfərə çatdı.
  • Şirkət SİMA dijital imza həlli ilə könüllü müqavilələrin elektron qaydada imzalanması üçün ilkin addımlarını atdı.
  • 2022-ci ilin yekununa görə ümumi satış həcmi 40 355 197 manat təşkil etdi. Bununla da şirkət bazarın renkinq cədvəlində 5-ci yerdə möhkəmlənərək strateji hədəflərindən birini də yerinə yetirmiş oldu. Şirkətin sığorta ödənişləri isə 6 023 243 manat təşkil etdi.
2021
  • 2021-ci ildə şirkət xidmət şəbəkəsini genişləndirərək Qubada və Beyləqanda nümayəndəlik açdı.
  • Şirkətin Direktorlar Şurasının üzvləri sırasında daha 2 nəfər artaraq ümumi sayı 5-ə çatdı.
  • Şirkətin işçilərinin sayı 148 nəfərə çatdı.
  • 2021-ci ilin yekununa görə şirkət 43 911 202 manat sığorta haqqı toplayaraq sığorta bazarının renking cədvəlində 5-ci yerdə qərarlaşdı.Şirkətin sığorta ödənişləri isə 5 676 735 manat təşkil etdi.
2020
  • 2020-ci ildə Qala Sigorta daha bir filialını və üç nümayəndəliyini açaraq xidmət şəbəkəsini daha da genişləndirdi. Bakıda Yasamal filialı, Şəkidə, Oğuzda və Göygöldə isə nümayəndəliklər istifadəyə verilərək 10-dan çox insan işlə təmin olundu.
  • Şirkət kənd təsərrüfatı risklərinin təminata alınması istiqamətində fermerlərə dəstək olaraq çox riskli olan bu sahəyə yeni yanaşma gətirdi.
  • 2020-ci ildə şirkət ölkədə yeni yaranmış “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin təsisçilərindən biri oldu. Bu layihənin ilk 9 sığorta müqaviləsi məhz “Qala Sigorta”nın vasitəçiliyi ilə imzalandı.
  • Şirkətin işçilərinin sayı daha 15 nəfər artdı.
  • 2020-ci ilin yekunlarına görə “Qala Sigorta”ASC-nin toplam sığorta haqqı 32 838 181 manat, sığorta ödənişləri isə 3 360 761 manat təşkil elədi. Bununla da “Qala Sigorta” ASC fəaliyyətə başladığı dövrdən ilk dəfə olaraq iri sahibkarlıq subyektinə çevrildi.
2019
  • 2019-cu ildə şirkətin Tovuzda, Bərdədə nümayəndəlikləri, Beyləqanda satış ofisi, Bakı çəhərində isə Mərkəz filialı istifadəyə verildi.
  • Şirkətin yaradıcı qrupu 7 yeni Sığorta məhsulunu, o cümlədən “Əmin qala bilərsiniz”, “Qala 100” və “ Şərikli Kasko” məhsullarını bazara təqdim etdi.
  • Şirkətin əməkdaşlarının sayı ötən illə müqayisədə 30 nəfər çoxaldı.
  • Şirkət bir çox iri Sığorta satınalması üzrə tenderlərin qalibi oldu.
  • 2019-cu ilin nəticələri üzrə sorğulara əsasən “Qala Sigorta” ASC “Caspian Enerju Club” tərəfindən ilin Sığorta şirkəti seçildi.
  • 2019-cu ilin yekununa görə şirkət 26 463 315 manat Sığorta haqqı və 3 274 671 manat Sigorta ödənişləri ilə bazarın ilk 5-liyində yer aldı.
2018
  • 2018-ci ildə şirkətin Lənkəranda, Gəncədə və Sumqayıtda nümayəndəlikləri fəaliyyətə başladı.
  • 2018-ci ildəki fəaliyyətinə görə Qala Sigorta Şirkəti “Uğur Milli Mükafatı” tərəfindən ilin Sığorta şirkəti nominasiyasının qalibi seçildi.
  • 2018-ci ilin yekununa görə 16 557 412 manat Sığorta haqqı topladı və renkinq cədvəlində 7-ci yerə yüksəldi.
2017
  • 2017-ci ildə “Qala Sigorta“ ASC könüllü Sığorta məhsullarının sayı 22-yə çatdırılaraq,ümumilikdə 26 sığorta növü ilə yeni satış strategiyası yaratdı.
  • Şirkət bazarın bütün seqmentlərini əhatə etməklə, fərdi, korporativ, bank sığortaçılığı ilə yanaşı icbari Sığorta bazarında da təmsil olunmaq niyyəti ilə geniş satış xidməti şəbəkəsi yaratdı.
  • 2017-ci ilin mart ayından yeni satış platforması ilə öz məhsullarını aktiv şəkildə Sığorta bazarına təqdim etdi.
  • Həmin il “Caspian Energy Club”-ın və “AMCHAM”-ın üzvü oldu.
  • İşçilərinin sayı 80 nəfərə yüksələn şirkət, 2017-ci ilin sentyabr ayında yeni ofisə köçdü.
  • 2017-ci ilin yekununa görə 10 914 467 manat satış həcmi ilə renkinq cədvəlində 9-cu yerə yüksəldi.
2016
  • 2016-cı il “Qala Sigorta”ASC təşkilati işlərini başa çatdıraraq strukturunu formalaşdırdı, texniki-təminat prosesini yekunlaşdırdı. Şirkət “İcbari Sığorta Bürosu”nun üzvü oldu və “İcbari Sığortalar“ haqqında qanunun tələbinə uyğun 4 sığorta növünün hamısının tətbiqinə icazə aldı. Həmin il şirkət könüllü sığorta növlərinin bir çoxunun təkmilləşdirərək onların sayını 15-ə çatdırdı.
  • 2016-cı ildə şirkət “İpoteka və Zəmanət Fondunun” müvəkkil Sığorta şirkətlərindən biri oldu.
2015
  • 30 sentyabr 2015-ci il tarixində Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti - “AzRe Təkrarsığorta” ASC, Çartis Azərbaycan Sığorta Şirkətinin səhmlərinin 100% almışdır və şirkətin adı “Qala Sigortaa” Açıq Səhmdar Cəmiyyəti olmuşdur.
2010
  • 2010-cu ildə şirkətin adı Çartis Azərbaycan Sığorta Şirkətinə dəyişilmişdir.
2000
  • 2000-ci ildən etibarən şirkət AIG-nin 100% törəmə müəsissəsi olmuşdur.
1998
  • 24 dekabr 1998-ci il tarixində American International Group Inc. (AIG) və Azərbaycan şirkəti olan Caspian Insurance Sığorta Şirkəti arasında Azərbaycanda və Gürcustanda müştərilərə xidmət göstərmək üçün birgə muəssisə yaradılmışdır. Şirkət, AIG Caspian Insurance Company adı altında fəaliyyətə başlamışdır.