İstifadəsində və mülkiyyətində minik avtomobili olan hər bir şəxsi düşündürən bir sual var – kasko sığortasını hansı şirkətdən və hansı şərtlərlə əldə edim?
Əldə olunan sığorta müqaviləsinin klassik kasko sığortası təminatlarından əlavə müxtəlif xidmət və təminatları da özündə cəmləşdirməsi ideal sığorta təminatı axtaran müştərinin ən düzgün seçimi ola bilər.
"Qala Sığorta" ASC minik avtomobillərinin sahiblərinə sərfəli şərtlərlə, müxtəlif genişləndirilmiş xidmət növlərini özündə birləşdirən və müştərinin inamla etibar edə biləcəyi "QALA" avtomobil klubu adlı kasko sığortası məhsulunu təklif edir.
"QALA" avtomobil klubu nədir?
"Qala Sığorta" ASC tərəfindən təqdim olunan "QALA" avtomobil klubu minik avtomobili sahiblərinin rahatlığını təmin edən, müxtəlif səpkili əlavə xidmətlərin məcmusundan ibarət olan və sığorta bazarında bir ilk olan xidmət növüdür. Kluba üzv olan müştərilər etibarlı kasko sığortası təminatını əldə etməklə yanaşı sığorta müddəti ərzində üzvlük kartının onlara verdiyi üstünlüklərdən faydalana biləcəklər. Kluba üzv olan hər bir müştəriyə təqdim olunan üzvlük kartı bütün klub üzvlərininin cəm şəkildə yararlana biləcəyi təklifləri də əhatə etməkdədir.
Kluba üzv olmaq Sizə hansı üstünlükləri təqdim edir?
Kluba üzv olan hər bir müştəri aşağıdakı xidmətlərdən faydalana bilər:
1. Kasko sığortasını 20% endirimlə əldə etmək
2. Ümumi sığorta haqqını 6 ardıcıl ay ərzində ödəmə imkanı
3. Sığorta müddəti ərzində 1 dəfə avtomobilin servis mərkəzi tərəfindən arayış təqdim edilməklə texniki vəziyyətinin müayinəsi
- Qiymətləndirmə və təmir şöbəsi tərəfindən icra edilir. Müştərinin müraciətinə əsasən öncədən razılaşdırılmış vaxtda müştəri avtomobilini bizim təklif etdiyimiz servis mərkəzlərindən birinə təqdim etməklə avtomobilin elektron diaqnostikasının, gövdə və hərəkətli hissələrinin vizual inspeksiyasının tələb olunan xərclər də əks olunmaqla nəticələrini əks etdirən yazılı arayış əldə edir.
4. Sığorta hadisəsi baş verdikdə hadisədən sonra sığortalını gedəcəyi ünvana çatdırmaq üçün taksi xidmətinin təşkili
- Qəza komissarı tərəfindən icra edilir. Sığorta hadisəsindən sonra avtomobilin istifadəsi mümkün olmadığı halda sığortalının gedəcəyi bir istiqamət üzrə ünvana əməkdaşlıq etdiyimiz taksi xidməti tərəfindən çatdırlıcaqdır. İstiqamətin maksimal məsafəsi 70 km ola bilər.
5. Sığorta hadisəsi baş verdikdə hadisə yerindən avtomobilin evakuasiya olunması
- standart kasko məhsulunda olduğu kimi
6. Qəza servisi – sığorta hadisəsi ilə əlaqədar olmayan nasazlıqla bağlı evakuasiya və texniki dəstəyin göstərilməsi
- Qiymətləndirmə və təmir şöbəsi tərəfindən icra edilir. Sığorta hadisəsi ilə əlaqədar olmayan nasazlıqla bağlı avtomobilin evakuasiyasına ehtiyac yaranarsa (yalnız nasazlıq halında) avtomobil əməkdaşlıq etdiyimiz şirkət tərəfindən sığortalının bildirdiyi bir istiqamət üzrə ünvana evakuasiya edilir. İstiqamətin maksimal məsafəsi 70 km ola bilər. Texniki dəstəyin göstərilməsi avtomobilin yaranmış nasazlığının aradan qaldırılması üçün tərəfimizdən servis mərkəzinin və ya müvafiq mütəxəssisin xidmətinin təşkilindən ibarətdir ki, bu zaman görülmüş təmir işləri üzrə xidmət haqqı sığortalı tərəfindən ödəniləcəkdir.
7. 24/7 həkim məsləhəti və tibbi xidmətin təşkili
- Tibbi sığorta departamenti tərəfindən icra olunacaqdır. Tibbi sığorta üzrə sığorta olunanlara göstəriulən xidmətin analogiyası.
8. Sığortalının müraciəti əsasında sığorta şəhadətnaməsinə əlavə tərtib olunması yolu ilə sığorta müddəti ərzində 1 dəfə 10 (on) gün müddətinə razılaşdırılmış şərtlər daxilində xarici ölkələrin ərazisində kasko sığorta təminatı
- Xarici ölkələrin ərzisində sığorta təminatı aşağdakı şərtlər daxilində verilir:
* Təminat yalnız kasko sığortası bölməsi üzrə verilir;
*Xarici ölkələrin ərazisində oğurluq, quldurluq, qaçırma və soyğunçuluq riskləri üzrə təminat verilmir.
9. Sığorta müddəti ərzində 1 dəfə 10 (on) gün müddətinə razılaşdırılmış xarici ölkələrin ərazisinə sığortalanmış avtomobillə səyahət zamanı sığorta olunan üçün ödənişsiz səyahət sığortasının və sərnişinlər üçün səyahət sığortasına 20% endirimin təqdim olunması
- sığortalı üçün səyahət sığortası polisinin sığorta haqqının ödənilməsi yolunu müəyyənləşdirmək
10. Yanğınsöndürən balon, ilkin tibbi yardım çantası və qəza dayanma nişanı
- təchizat şöbəsi tərəfindən icra edilir
11. Ailə üzvləri (ata, ana, bacı, qardaş, həyat yoldaşı, övladlar) üçün 20% endirimli, 6 ardıcıl aya ödəmə imkanı olan kasko sığortasını əldə etmək
12. "Qala Sığorta" ASC-nin fiziki şəxslər üçün nəzərdə tutulmuş bütün könüllü sığorta məhsullarına sığortalı və ailə üzvləri (ata, ana, bacı, qardaş, həyat yoldaşı, övladlar) üçün 20%-lik endirim
13. "Qala Həyat" Sığorta Şirkəti ASC-nin fiziki şəxslər üçün nəzərdə tutulmuş bütün könüllü sığorta məhsullarına sığortalı və ailə üzvləri (ata, ana, bacı, qardaş, həyat yoldaşı, övladlar) üçün 20%-lik endirim
14. Viva şirniyyat evi, LaQuzu və Cafe city restoranlarında 20%-lik endirim
15. "Qala Sığorta" ASC və "Qala Həyat" Sığorta Şirkəti ASC tərəfindən sığortalıya 24/7 xidmət göstərən fərdi kuratorun təyin olunması
16. Dövlət yol polisi və digər orqanlardan sənədlərin sığortaçı tərəfindən toplanması
- qəza komissarı tərəfindən icra edilir
17. Klubun illik hesabatlarının təqdim olunması
- SPTAŞ tərəfindən icra edilir. Anderraytinq ilinin yekunu olaraq sığorta haqları və sığorta ödənişləri barədə hesabat tərtib olunaraq klub üzvlərinə göndərilir.
Qala Avto Cluba üzv olan müştərilər anderraytinq ilinin sonunda klubun zərərlilik əmsalı 60%-i keçmədiyi halda klub üzvləri şirkətin klubdan əldə etdiyi gəlirdən 25%-lik cəm şəkildə bonus əldə edəcəklər. Bonus klub üzvünün ödədiyi sığorta haqqı ilə klub üzrə ümumi yığılan sığorta haqqına mütənasib olaraq hər bir üzv üçün ayrıca hesablanacaqdır. Bonus aşağıdakı qaydada istifadə oluna bilər:
- Əldə etdiyi bonus həcmində sığorta müqaviləsinin yenilənməsi zamanı güzəşt şəklində
- Digər könüllü sığorta məhsuluna güzəşt şəklində
- Sığorta təminatının genişləndirilməsi və sığorta limitlərinin artırılması şəklində
Kluba üzv olan müştərilərin kakso sığortası üzrə əldə etdiyi sığorta təminatı aşağıdakı risklərə münasibətdə verilir:
Avtonəqliyyat hadisəsi
Avtomobilin istifadəsi nəticəsində baş verən, ölüm və bədən xəsarəti ilə nəticələnən, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, habelə hər hansı digər əmlakın zədələnməsinə səbəb olan hadisələr
Atılmış və ya düşmüş əşya
Avtomobilin hissələrinə zərər vurmadan rəng örtüyünün nöqtələr şəklində zədələnməsi halı istisna olmaqla, avtomobilin xarici səthinə daş, qar, buz və digər əşyaların atılması, dəyməsi və ya düşməsi
Üçüncü şəxsin qanunazidd hərəkəti
Oğurluq, quldurluq, qaçırma və soyğunçuluq
Yanğın və partlayış
- yanğın – alovlanma mənbəyindən asılı olmayaraq maddi ziyan vuran yanma, o cümlədən yüksək temperaturun, yanğın məhsullarının, eləcə də yanğının söndürülməsi üçün istifadə olunmuş su, köpük və digər vasitələrin təsiri, habelə yanğının birbaşa təsiri;
- partlayış – qazların genişlənməyə meylliliyi nəticəsində böyük həcmdə enerjinin qısa müddət ərzində məhdud ölçülü məkandan sürətlə çıxaraq azad olması prosesi
Təbii fəlakət
Sel, daşqın, zəlzələ, fırtına, qasırğa, tufan, dolu və digər təbii hadisələr
Heyvanların hərəkəti
Avtomobilin salonuna vurulan zərərlər istisna olmaqla, heyvanların və quşların hərəkəti