Avtomobillərin sığortası yol nəqliyyat vasitələrinin bütün növləri üçün əldə edilən sığortadır. Sığortanın məqsədi - avtomobilin həm hərəkətli, həm də hərəkətsiz halda üzləşə biləcəyi, hər növ fiziki itki və zərərlərdən qorumanın təmin edilməsidir.
Sığortalı, aşağıdakı qeyd olunan risklər nəticəsində avtomobilə dəyə bilən zərərlərdən sığorta təminatını əldə edə bilər:
Avtonəqliyyat hadisəsi
Üçüncü şəxsin qanunazidd hərəkəti
Oğurluq, quldurluq, qaçırma və soyğunçuluq
Yanğın və partlayış
Təbii fəlakət
Heyvanların hərəkəti
Şərtsiz azadolma tətbiq edilmir. Sığorta müddəti - 12 ay
Sığorta məbləği
Sığorta haqqı
1 500 AZN
100 AZN
2 500 AZN
170 AZN
4 000 AZN
380 AZN
Hadisə baş verdikdə, şirkətimiz aşağıdakı xidmətləri göstərir:
Hadisə yerinə gediş
Təmirin keyfiyyətli olmasına nəzarət
Pulsuz evakuasiya xidmət
Ən qısa müddətdə təmirin təşkili
Sığorta ödənişi sığorta müddəti ərzində qeydə alınmış yalnız bir, ilk sığorta hadisəsi üzrə və natamam sığorta şərti tətbiq edilmədən həyata keçirilir. Sığorta ödənişi həyata keçirildikdən dərhal sonra sığorta müqaviləsi sığorta haqqının geri qaytarılmaması şərti ilə hüquqi qüvvəsini itirərək xitam olunmuş hesab olunur və sığorta məbləği heç bir halda bərpa olunmur.
Dəyəri 50.000 AZN-dən çox olan nəqliyyat vasitələrinə, bu məhsul tətbiq edilmir.