Onlayn müraciət
Kalkulyator
Sığortanın məqsədi
Yol nəqliyyatı hadisəsi nəticəsində, avtomobilə dəyən fiziki zərərin ödənilməsi
Sığortaçı
Bu sığorta növü üzrə müqavilə bağlamağa icazəsi olan hüquqi və ya fiziki şəxs
Sığorta olunan nəqliyyat vasitələri
- Minik və yük avtomobilləri
- Avtobus və mikroavtobuslar
- Traktor və yol tikinti maşınları
Sığorta hadisəsi
Avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələrinin sığortası.
Sığorta riskləri
Toqquşma, yanğın, partlayış, oğurlanma, yol nəqliyyat hadisəsi, üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan
Sığorta təminatından istisnalar
- Müharibə, hər cür hərbi əməliyyatlar, xarici düşmən basqını, vuruşma (müharibə elan edilib edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, üsyan və bunların qarşısının alınması və yatırılması məqsədilə keçirilən inzibati və hərbi tədbirlər nəticəsində dəyən zərərlər
- Hər hansı nüvə partlayışı radiasiya və radioaktiv çirklənmələr, bununla əlaqədar keçirilən hərbi və inzibati tədbirlər nəticəsində dəyən zərərlər
- Əyilmə, dеşilmə, kəsilmə və ya cırılma nəticəsində şinlərin zədələnməsi;
- Avtonəqliyyat vasitəsinin bazar qiymətinin düşməsi;
- Avtonəqliyyat vasitəsinin vəziyyətinin onun sığorta hadisəsindən əvvəlki vəziyyəti ilə müqayisədə yaxşılaşdıran hər hansı təmir və ya dəyişdirilmə;
- Əldən çıxmış fayda və ya digər dolayı itkilər;
- Əgər itki və ya ziyan sığortalanmış riskin nəticəsində baş vеrməmişdirsə, tədricən baş vеrən xarab olma, ayrılmaz qüsur, gizli çatışmamazlıq, hər hansı növ həşəratlardan və ziyanvеricilərdən dəyən zərər, zibillənmə, çirklənmə, adi köhnəlmə, atmosfеrin rütubətliyi və ya quraqlığı, hərarətin və ya rütubətin dəyişkənliyi, sıx duman, dеformasiya, buxarlanma, çəkinin itirilməsi, aşınma, nəm və ya quru çürümə, rəngin, quruluşun və ya pardaqlamanın dəyişməsi və ya korlanması;
- Əgər itki və ya ziyan sığortalanmış riskin nəticəsində baş vеrməmişdirsə, donma, mеxaniki, еlеktrik və ya еlеktronik nasazlıq;
- Avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin könüllü vеrilməsi ilə bağlı, bеlə könüllü vеrilmənin Sığortalının qəsdən еtdiyi hərəkətləri;
- Məcburi, qanunsuz zəbt еtmə halları istisna olmaqla, avtonəqliyyat vasitəsinin toksik, spirtli və narkotik sərxoşluq vəziyyətində olan Sürücü tərəfindən idarə еdilməsi;
- Avtonəqliyyat vasitəsini təlim məqsədilə, yaxud yarışlarda, sürət müsabiqələrində, sürət sınaqlarında, avtomobil rallilərində, icarə üçün, davamlılıq sınaqla, həmçinin avtonəqliyyat vasitələrinin istismarı və satışı ilə bağlı hər hansı məqsədlə istifadə еdilməsi;
Sığorta hadisəsi haqqında məlumatın verilməsi
Sığorta hadisəsi baş verdikdə Sığorta olunanın dərhal sığorta şirkətinə məlumat verilməsi tələb olunur.
Sığorta məbləği
Sığorta məbləği avtonəqliyyat vasitəsinin real bazar qiyməti (sığorta dəyəri) əsasında tərəflər arasında
bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir
Sığorta müqaviləsində göstərilmiş sığorta məbləği sığorta dəyərindən artıq olduqda, sığorta məbləğinin sığorta dəyərindən artıq olduğu hissə üçün müqavilə etibarsızdır
Sığorta haqqı
Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır
Sığorta tarifləri avtonəqliyyat vasitəsinin bazar dəyərindən, sürücülərin yaş həddi və sürücülük təcrübəsindən, avtonəqliyyat vasitəsinin tipindən, buraxılış ilindən və digər riskin qiymətləndirilməsinə təsir edə bilən amillərdən asılı olaraq müəyyənləşdirilir
Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılğına əsasən hissə-hissə ödənilə bilər
Azadolma məbləği
Sığorta müqaviləsi ilə azadolma məbləği nəzərdə tutula bilər
Sığorta təminatı üzrə azadolma məbləği hər bir sığorta riski və hər bir sığorta hadisəsi üzrə tətbiq olunur
Azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ zərər məbləğindən çıxılır
Sığorta təminatının əhatə ərazisi
Sığorta təminatı yalnız sığorta müqaviləsində göstərilən ərazidə qüvvədədir
Sığorta müqaviləsinin müddəti
Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün saat 24:00-da, lakin şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olmayaraq qüvvəyə minir
Mübahisələrin həlli
Bu Qanundan irəli gələn mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.