Sığortanın məqsədi
Ölkədən xaricə səfər edən şəxslərin bədbəxt hadisələrdən tibbi xərclərinin sığortası
Sığortaçı
Bu sığorta növü üzrə müqavilə bağlamağa icazəsi olan hüquqi şəxs
Sığorta olunan sığorta obyektləri
Ölkə xaricinə səfər edən fiziki şəxs
Sığorta hadisəsi
Sığorta olunanın qəfil xəstəliyi, bədbəxt hadisə nəticəsində bədən xəsarəti alması, onun repatriasiyası
Sığorta riskləri
Bədbəxt hadisə nəticəsində ölüm; bir və ya çox ətrafın, yaxud bir və ya hər iki gözün itirilməsi; əmək qabiliyyətinin daimi olaraq tam itirilməsi;
Bagajın itməsi üzrə təminat;
Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi üzrə təminat;
Hava nəqliyyatı vasitəsinin reysinə gecikmə üzrə təminat;
Xarici pasportun, sürücülük vəsiqəsinin və yol sənədlərinin itirilməsi və oğurlanması üzrə təminat.
Sığorta təminatından istisanalar
Aşağıda qeyd olunan hallar nəticəsində, sığorta olunana dəyən xəsarətlər, istisnalara aiddir:
Sığorta olunanın spirtli içkilərin, narkotik və ya toksik maddələrin təsiri altında olması;
Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Sığorta olunanın hər hansı bir nəqliyyat vasitəsini idarə etməsi nəticəsində alınan xəsarətlər;
Sığorta olunanın bilərəkdən özünə cismani zərər yetirməsi, özünə qəsd etməsi və ya buna cəhd göstərməsi;
Nüvə partlayışı, radioaktiv və ya digər şüalanmaların təsiri;
Zəlzələ, sel, daşqın və digər təbii fəlakətlər, epidemiya;
Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, Sığorta olunanın məşqlərdə və idman yarışlarında iştirakı ilə bağlı hər hansı idman növü ilə məşğul olması.
Sığorta hadisəsi haqqında məlumatın verilməsi
Sığorta hadisəsi baş verdikdə Sığorta olunanın dərhal Sığorta şirkətinə və ya Assistans şirkətinə məlumat verilməsi tələb olunur.
Sığorta məbləği
Sığorta məbləği, sığorta olunanın seçimi və viza tələb edən səfirliyin tələb etdiyi məbləğə uyğun olaraq təyin edilir.
Sığorta haqqı
Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.
Azadolma məbləği
Sığorta müqaviləsi ilə azadolma məbləği nəzərdə tutula bilər. Sığorta təminatı üzrə azadolma məbləği hər bir sığorta riski və hər bir sığorta hadisəsi üzrə tətbiq olunur. Məbləğin həcmi, sığorta olunana təqdim edilən sığorta blankında öz əksini tapır. Azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ zərər məbləğindən çıxılır.
Sığorta təminatının əharə ərazisi Sığorta təminatı yalnız sığorta müqaviləsində göstərilən ərazidə qüvvədədir.
Sığorta müqaviləsinin müddəti Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün saat 24:00-da, lakin şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olmayaraq qüvvəyə minir
Mübahisənin həlli
Bu Qanundan irəli gələn mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.
Yeni kampaniya
Dövlət qulluqçularına məxsus nəqliyyat vasitələrinin könüllü sığortası
1.99% illik tarif
Şərtsiz azadolma: 100 AZN
Kampaniya müddəti: 15 yanvar - 15 mart
4 hissəli ödəniş.
Zəhmət olmasa, bütün tələb olunan sahələri doldurun.